logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hüseyn Hatəmidən, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

17 iyul 2019, 14:30

Hörmətli cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Sizi, bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, Ümummilli Liderin əbədiyaşar xatirəsi önündə baş əyirəm. Ulu Öndərin Vətənə sədaqətlə xidmət etmək ənənəsi Sizin tərəfinizdən uğurla davam etdirilir. Ümummilli Liderin xalqa sonsuz məhəbbəti isə hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.

Fəxrlə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Sizin müdrik rəhbərliyiniz sayəsində dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib. Bu inkişaf, davamlı islahatlar tərəqqipərvər Azərbaycan xalqının daha yaxşı yaşamasına xidmət edir.

Cənab Prezident, qədirbilən Gəncə sakinləri dövlətçiliyə, dövlətimizin rəhbərinə həmişə sadiqdirlər və inşallah, gələcəkdə də belə olacaqdır.

Xalqımız üçün gördüyünüz işlərə görə Sizə və hörmətli Mehriban xanıma minnətdarlığımızı bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Allah Sizi qorusun.

Dərin hörmətlə,

Hatəmi Hüseyn, şair-publisist.

Azərbaycan Respublikası, Gəncə şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi