Yaqut Cəlalovadan, Şəki, Azərbaycan
Text size
12 iyul 2019, 18:55
Əziz və hörmətli Mehriban xanım.
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin qurumun Ümumdünya İrs Siyahısına daxil edilməsi haqqında xəbər bütün şəkililərin, o cümlədən mədəniyyət işçilərinin hədsiz sevincinə səbəb oldu.
Biz bu əlamətdar hadisəni ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və qorunması sahəsində dövlətimizin və şəxsən Sizin misilsiz fəaliyyətinizin məntiqi nəticəsi kimi dəyərləndiririk.
Dərin hörmətlə,
Cəlalova Yaqut, Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktoru.
Azərbaycan Respublikası, Şəki şəhəri.