logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bəşarət Yusifov və başqalarından, Şəki, Azərbaycan

Text size icon-size icon-size

11 iyul 2019, 14:00

Hörmətli cənab Prezident.

Bir neçə gündür ki, Şəki və onun sakinləri bayram əhval-ruhiyəsindədir. Çünki Sizin və birinci xanım Mehriban Əliyevanın gərgin əməyiniz sayəsində Şəki şəhərinin mərkəzi və onun incisi olan Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb. Ümidvarıq ki, bu qərar Sizin rəhbərliyinizlə Şəkinin daha da inkişafında və tanınmasında mühüm rol oynayacaqdır.

Möhtərəm cənab Prezident, Sizə və Mehriban xanıma dərin təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı arzulayırıq. Dövlətimizin inkişafı və daha da tanınması istiqamətində apardığınız siyasəti dəstəkləyir və gələcək işlərinizdə Sizə uğurlar diləyirik.

Hörmətlə,

Yusifov Bəşarət

Şərifov Sərdar

Abbasov Mircavad

Məmmədova İradə

Abdullayeva İntizar və başqaları.

Azərbaycan Respublikası, Şəki şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi