logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şaiq Quliyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

11 iyul 2019, 13:30

Hörmətli cənab Prezident.

Dövlətimiz tərəfindən məcburi köçkünlərə göstərilən böyük diqqət və qayğı nəticəsində bu kateqoriyadan olan on minlərlə insanın mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Pirallahı rayonunda məcburi köçkünlər üçün salınmış müasir tipli yaşayış kompleksi bu yaxınlarda Sizin iştirakınızla və xeyir-duanızla biz köçkünlərin istifadəsinə verildi. Bu yaşayış kompleksindən mənə də mənzil qismət oldu.

Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Pirallahı rayonunda məskunlaşmış məcburi köçkünlər adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Allah işlərinizi avand etsin.

Hörmətlə,

Quliyev Şaiq Mirələm oğlu, Füzuli rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi