Vüqar Heydərov və başqalarından, Bakı, Azərbaycan


09 iyul 2019, 14:25
Möhtərəm cənab Prezident.
Müasir Azərbaycan Respublikasının banisi, xalqımızın xilaskarı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış sosial-iqtisadi inkişaf və quruculuq işlərinin 2003-cü ildən Sizin tərəfinizdən əzmkarlıqla davam etdirilməsi, ölkəmizdəki sabitliyin və təhlükəsizliyin qorunması, dövlətimizin beynəlxalq aləmdə nüfuzunu artırması, etibarlı tərəfdaş olaraq regional və beynəlxalq layihələrin reallaşdırılmasında aparıcı dövlət kimi iştirakı ölkə vətəndaşları, o cümlədən laçınlılar tərəfindən sevinc və iftixar hissi ilə qarşılanır.
Cənab Prezident, məmnunluq hissi ilə bildiririk ki, bu gün də hər birimiz 2011-ci il dekabrın 24-də Mehriban xanım Əliyeva ilə birlikdə laçınlılarla tarixi görüşünüzü xoş təəssüratlarla xatırlayırıq. Xalqımızın sevimlisi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəcib və xeyirxah fəaliyyətini, ulu öndər Heydər Əliyev irsinin və zəngin mədəniyyətimizin dünyada layiqincə təbliği istiqamətindəki xidmətlərini razılıq hissi ilə qarşılayır, Sizə və ailənizə dərin minnətdarlığımızı bildiririk.
Bizə verilən müavinətin məbləğinin, əməkhaqqı və təqaüdlərin mütəmadi olaraq artırılması və vaxtında ödənilməsi, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi bizə olan isti münasibətinizin, diqqət və qayğınızın əyani təzahürüdür. Bizə göstərdiyiniz hərtərəfli diqqət və qayğıya görə bütün laçınlı məcburi köçkünlər adından Sizə dərin təşəkkürümüzü çatdırırıq.
Bu il iyulun 5-də Bakının Pirallahı qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksinin açılışında iştirak edib bizə yeni mənzillər verməklə hədsiz dərəcədə sevinməyimizə səbəb oldunuz.
Cənab Prezident, Sizə və Mehriban xanıma tükənməz minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq. Doğma torpaqlarımız olan Laçında, Şuşada və işğaldan azad ediləcək digər rayonlarımızda tezliklə görüşəcəyimizə qəti əminik. Tanrı Sizi qorusun!
Laçın rayonundan olan məcburi köçkünlər adından dərin hörmətlə,
Heydərov Vüqar Cavad oğlu
Abdullayev Nizami Pürqəm oğlu
Musayeva Sevda Müslüm qızı
Nəcəfova Aygün Rəcəb qızı
Alayarov Şahin Hüseyn oğlu
Rəhimov Ayaz Hüseyn oğlu və başqaları (Cəmi : 45 nəfər).
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.