logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tahir Babayev və başqalarından, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

09 iyul 2019, 13:55

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə respublikamızda tikinti-quruculuq və abadlıq işləri uğurla davam etdirilir. Biz bu işləri doğma rayonumuz Tərtərin simasında da görürük.

Eyni zamanda, qeyd etmək istəyirik ki, Sizin tapşırıq və göstərişinizlə dövlət qurumlarının rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşları qəbul edib onların problemləri ilə maraqlanmaları, sakinləri narahat edən məsələlərin həlli üçün lazımi tədbirlərin görülməsi ümumi işimizə mühüm töhfədir.

Tərtər sakinlərin xahişi və istəyi nəzərə alınaraq rayonun Qaçay Mehdiyev küçəsi və orada yerləşən Cümə məscidinin ətrafı daha da abadlaşdırılıb.

Cənab Prezident, bu işlərə görə çox sağ olun. Ömrünüz uzun olsun.

Hörmətlə,

Babayev Tahir

Ağayev Dünyamin

Şahbazov Emin

Cəfərov Sadiq

Əliyev Nəriman və başqaları (Cəmi : 9 nəfər).

Azərbaycan Respublikası, Tərtər rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi