Yaşar Zamanovdan, Bərdə, Azərbaycan


08 iyul 2019, 12:50
Möhtərəm cənab Prezident.
Sizə, şəxsiyyətinizə, apardığınız daxili və xarici siyasətə inamımız sarsılmazdır və hər zaman Sizi dəstəkləyirik. Öz fəaliyyətimizlə həyata keçirdiyiniz tədbirlərə töhfə verməyə çalışırıq.
Son aylarda sosial sahədə gördüyünüz işlər, həyata keçirdiyiniz tədbirlər Sizə olan sədaqət və güvənimizi daha da artırmışdır.
Şükürlər olsun ki, Prezidentimiz Sizsiniz. Xalqın sosial rifah halını yüksəldirsiniz, əmin-amanlığı bərqərar etmisiniz, dövlətimizi gücləndirirsiniz.
Möhtərəm Prezidentimiz, rayon ağsaqqalları adından Sizə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Yaşar Zamanov
Bərdə Rayon Ağsaqqallar Şurasının sədri
Azərbaycan Respublikası, Bərdə rayonu.