Anar Cabbarovdan, Bakı, Azərbaycan


08 iyul 2019, 12:30
Möhtərəm cənab Prezident.
Sizi öz adımdan və ailəm adından salamlayıram.
Mən Cabbarov Anar İsgəndər oğlu Cəbrayıl rayonundan məcburi köçkünəm. 1993-cü ildən Pirallahı qəsəbəsində məskunlaşmışam və artıq 26 ildir ki, burada yaşayıram. Sizin sərəncamınızla Pirallahı rayonunda məcburi köçkünlər üçün möhtəşəm şəhərcik salınmışdır. Bu şəhərciyin açılışında Sizinlə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşməyimə çox sevindim. Bu gözəl şəhərcikdə məni də evlə təmin etdiyinizə görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Bizim üçün yaradılan şəraitdən məmnunuq.
Allah Sizi qorusun.
Hörmətlə,
Cabbarov Anar İsgəndər oğlu
Cəbrayıl rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.