logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hürzad Verdizadə və başqalarından, Bakı, Azərbaycan

Text size icon-size icon-size

06 iyul 2019, 12:55

Möhtərəm cənab Prezident.

Siz həmişə xalqımızın rifahı naminə təqdirəlayiq işlər görür, hər zaman xalqı düşünürsünüz. Gələcəyin qurucuları olan gənc nəslin geniş dünyagörüşünə malik hərtərəfli insan kimi yetişməsi üçün həyata keçirdiyiniz layihələr müəllim və şagirdləri qürurlandırır.

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamınız müəllimləri sevindirməklə yanaşı, onları daha həvəslə işləməyə ruhlandırır.

Müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində apardığınız islahatlara, təhsil sahəsinə göstərdiyiniz diqqət və qayğıya, müəllim əməyinə verdiyiniz yüksək qiymətə görə pedaqoji kollektivimiz adından Sizə dərin minnətdarlığımızı bildirir, cansağlığı, işlərinizdə daha böyük müvəffəqiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

Verdizadə Hürzad Nurullah qızı

Varşabova Rəna İdris qızı

Dadaşova Samirə Əli qızı

Muradova Nailə Aqil qızı

Qasımova Məlahət Kazım qızı, 14 nömrəli tam orta məktəbin müəllimləri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi