Adil Ağayevdən, Bakı, Azərbaycan


06 iyul 2019, 12:30
Hörmətli cənab Prezident.
Bütün məcburi köçkünlər adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm. Sizin biz məcburi köçkünlərə olan daimi diqqət və qayğınız təqdirəlayiqdir. Öz yurd-yuvasından ayrı düşmüş yüz minlərlə insana qayğı ilə yanaşılması, onların mənziş-məişət şəraitinin, sosial vəziyyətinin yaxşılaşdırılması böyük işdir.
Cənab Prezident, Sizin göstərişinizlə yeni salınmış “Qobu park” yaşayış kompleksində bizim ailə də mənzillə təmin olunub. Məcburi köçkünlərə verilən vahid aylıq müavinətin məbləğinin bu yaxınlarda artırılması Sizin diqqətinizin daha bir nümunəsidir.
Cənab Prezident, məcburi köçkünlər adından bir daha Sizə təşəkkürümüzü bildirirəm. Allah köməyiniz olsun.
Hörmətlə,
Ağayev Adil Sarvan oğlu, Ağdam rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.