Ziba Məmmədovadan, Ağsu, Azərbaycan


05 iyul 2019, 17:25
Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə Azərbaycan dünya sivilizasiyasına uğurla inteqrasiya edib və beynəlxalq aləmdə güclü dövlət kimi tanınır. Siz atdığınız hər addımda xalqımızın mənafeyini layiqincə müdafiə edirsiniz. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərin ölkəmizin inkişafının sürətlənməsində müstəsna rolu vardır. Yürütdüyünüz uğurlu daxili və xarici siyasət nəticəsində xalqımızın rifah halı yaxşılaşıb. Heç bir vətəndaş Sizin diqqət və qayğınızdan kənarda qalmayıb. Hər bir Azərbaycan vətəndaşının seçimi olduğunuz kimi, hər bir vətəndaşın Prezidenti olmusunuz. Sizin düşünülmüş siyasətinizi bəyənir və dəstəkləyirik.
Mütəmadi olaraq təhsilə göstərdiyiniz diqqət və qayğı, təhsil işçilərinə verdiyiniz dəyər biz müəllimləri ruhlandırır, öz işimizə daha məsuliyyətli və daha böyük sevgi ilə yanaşmağa stimul verir. Müəllimlərin əməkhaqqının artırılması barədə 2019-cu il 18 iyun tarixli Sərəncamınız müəllim əməyinə verdiyiniz dəyərin bariz nümunəsidir. Eyni zamanda, imzaladığnız digər sərəncamlar milyonlarla insanın həyat şəraitinin yaxşılaşdırılmasına səbəb olub.
Xalqın rifah halının yüksəldilməsi, hər bir vətəndaşın problemlərinin yerindəcə həll olunması, verilən qərar və sərəncamların xalqın mənafeyinə xidmət etməsi qəlbimizi razılıq hissi ilə doldurur. Azərbaycan Respublikasının vətəndaşı olaraq bizim üçün yaradılmış imkanlara görə Sizə və birinci xanım Mehriban Əliyevaya sonsuz ehtiramımı, dərin minnətdarlığımı çatdırıram.
Həyata keçirdiyiniz müdrik siyasət ölkəmizin mükəmməl gələcəyinin təminatçısıdır. İnşallah, Sizin rəhbərliyinizlə Azərbaycanımızı bir-birindən uğurlu illər, xoşbəxt gələcək gözləyir. Var olun! Allah Sizi və ailənizi qorusun!
Dərin hörmət və ehtiramla,
Məmmədova Ziba Əziz qızı, biologiya müəllimi.
Azərbaycan Respublikası, Ağsu rayonu, Kəndoba kəndi.