Şeyda Məmmədov və başqalarından, Tərtər, Azərbaycan


03 iyul 2019, 17:40
Möhtərəm cənab Prezident.
Ölkə əhalisinin, xüsusilə də aztəminatlı təbəqənin güzəranının, sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər Sizin öz xalqınıza, millətinizə verdiyiniz dəyərin göstəricisidir. Sizin 2019-cu il 18 iyun tarixli sərancamınızla minimum əməkhaqqının artırılaraq 250 manat olması bunun növbəti bariz nümunəsidir.
Cənab Prezident, bizə olan diqqət və qayğınızı hər zaman hiss edirik. Apardığınız məqsədyönlü siyasəti bəyənir və dəstəkləyirik. Bizə göstərdiyiniz qayğıya görə çoxsaylı kollektivimiz adından Sizə dərin təşəkkürümüzü bildiririk.
Allah Sizi hifz etsin.
Hörmətlə,
Məmmədov Şeyda,
Qasımzadə Elnur,
Məhərrəmov Yaşar,
Nəsirov Müzəffər,
Əliyeva Gülçöhrə - "DOST İş" MMC-nin işçiləri.
Azərbaycan Respublikası, Tərtər rayonu.