Firəngiz Həmidova və başqalarından, Bakı, Azərbaycan


03 iyul 2019, 15:45
Möhtərəm cənab Prezident.
Sizin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamınız biz təhsil işçilərinə göstərilən böyük diqqətdir. Sizin təhsilə olan bu diqqətiniz bizim övladlarımızın işıqlı gələcəyi deməkdir.
Təhsil işçilərinə diqqət və qayğınızın bariz nümunəsi sayılan bu Sərəncam məktəbimizin kollektivini çox sevindirməklə yanaşı, bizdə böyük ruh yüksəkliyi yaratdı, peşəmizə olan məhəbbəti və marağı daha da artırdı.
Bu diqqət və qayğınıza görə kollektivimizin adından Sizə dərin təşəkkürümüzü bildirir, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər və uğurlar arzulayırıq.
Hörmətlə,
Həmidova Firəngiz İsmayıl qızı
Bağırova Mehriban Vaqif qızı
Bəyova Günəş Nidabət qızı
Sadıqova İradə Hüseyn qızı, İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbin müəllimləri.
Azərbaycan Respublikası, Bakı şəhəri.