logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Səadət Veysovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

02 iyul 2019, 12:10

Möhtərəm cənab Prezident.

Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanımızın memarı və qurucusu olması danılmaz bir həqiqətdir. Bu gün Sizin həyata keçirdiyiniz möhtəşəm siyasət, ölkəmizin sosial-iqtisadi həyatında atdığınız müdrik addımlar, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olduğunuzun bariz nümunəsidir. Ulu Öndər deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamınız bu sitatın bariz nümunəsidir. Bu Sərəncama əsasən müəllimlərin aylıq vəzifə maaşlarının artırılması, dövlətin təhsilə və müəllimə qayğısı bu sahədə keyfiyyətin yüksəlməsinə zəmin yaradır. Bu qayğıya görə kollektivimizin adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Xalqın sevgisi daim Sizinlədir. Allah Sizi qorusun.

Dərin hörmət və ehtiramla,

Veysova Səadət Əhməd qızı, Əməkdar müəllim, A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi