Əbil Zeynalov və başqalarından, Bakı, Azərbaycan


01 iyul 2019, 17:40
Möhtərəm cənab Prezident.
Sizin mükəmməl sosial siyasətiniz xalqımızın yaşayış səviyyəsinin yüksəldilməsinə, hər bir vətəndaşımızın layiqli həyat şəraiti ilə təmin olunmasına yönəlib. Son vaxtlar bu istiqamətdə apardığınız islahatlar - pensiya və müavinətlərin, əmək haqlarının artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi milyonlarla insanı sevindirir, onların güzəranını yaxşılaşdırır. Bu sevincdən, Sizin maddi və mənəvi dəstəyinizdən bizim ailəmizə də pay düşüb. Biz, “Qobu park” yaşayış kompleksinin məcburi köçkün sakinləri Sizdən daim diqqət və qayğı görür, Sizin dövlətçilik xəttinizi, daxili və xarici siyasətinizi ürəkdən dəstəkləyirik.
Hamımızın əzizi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü sayəsində salınmış və bir il əvvəl istifadəmizə verilmiş bu qəsəbədə məskunlaşan məcburi köçkünlərin arzusu doğma yurda qayıtmaqdır. Biz inanırıq ki, Sizin apardığınız siyasət nəticəsində, Ali Baş Komandanı olduğunuz Silahlı Qüvvələrimizin gücü ilə bu arzumuz mütləq gerçəkləşəcəkdir. Vətənimizin müdafiəsi, torpaqlarımızın işğaldan azad edilməsi üçün hər an Sizin əmrinizi yerinə yetirməyə hazırıq. Sizin müdrik rəhbərliyinizlə xalqımızın rifahının daim yüksələcəyinə, dövlətimizin daha da qüdrətlənəcəyinə, Azərbaycanın inkişaf etmiş ölkələr sırasında öz layiqli yerini tutacağına əminik. Allah-Təala Sizi qorusun, Sizə və ailənizə xalqımızla birlikdə əbədi səadət, xoşbəxtlik nəsib eləsin.
Hörmətlə,
Zeynalov Əbil Cahangir oğlu, Qarabağ müharibəsi veteranı
Zeynalov Əflatun Əli oğlu, şəhid ailəsinin üzvü
İbrahimov Nazir Firdovsi oğlu
Ağayev Şamil Sarvan oğlu
Mikayılova Fəridə Yavər qızı və başqaları.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.