Sevinc Budaqova və başqalarından, Bakı, Azərbaycan


29 iyun 2019, 14:30
Möhtərəm cənab Prezident.
Hər zaman təhsilə verdiyiniz diqqət və dəyər, məktəbə, müəllimə göstərdiyiniz hörmət və qayğı gənc nəslin təlim-tərbiyəsində bizi yeni nailiyyətlər qazanmağa ruhlandırır.
“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamınız müəllimlərin zəhmətinə verilən ən yüksək qiymət, onlara göstərilən diqqətin bariz nümunəsidir. Sizin bu qayğınız təhsil işçilərinin məsuliyyətini birə-beş artırır.
Sizə dərin təşəkkürümüzü bildirir və söz veririk ki, Vətənimizə layiq gənc nəslin yetişdirilməsində daha da əzmlə çalışacağıq. Sizi əmin edirik ki, bundan sonra daha yaxşı işləyərək bizə göstərilən diqqətə öz əməli işimizlə cavab verəcək, bütün bilik və bacarığımı əsirgəməyəcəyik.
Dərin hörmətlə,
Budaqova Sevinc Budaq qızı
Zeynalova Arzu Heydər qızı
Ələkbərova Lalə Ələkbər qızı
Babayeva Sevinc Murad qızı
Əliyeva Fatimat Qurban qızı, Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin müəllimləri.
Azərbaycan Respublikası, Bakı şəhəri.