İlhamə Cəfərovadan, Tovuz, Azərbaycan
Text size


29 iyun 2019, 11:45
Çox hörmətli cənab Prezident.
Sizin diqqət və qayğınız sayəsində Azərbaycanda vətəndaşlar üçün yaxşı həyat şəraiti yaradılıb. Əhalinin sosial müdafiəsi gücləndirilib, əməkhaqqı və pensiyalar artırılıb, işsizliyin aradan qaldırılması üçün yüz minlərlə yeni iş yeri açılıb. Kənd təsərrüfatı sahələri genişləndirilib, yeni istehsalat sahələri yaradılıb. İşləmək həvəsində olan hər bir insan bu gün zəhməti hesabına özünə maddi gəlir əldə edə bilər.
Əziz Prezidentimiz, Sizə və xalqımıza cansağlığı arzulayıram. Arzu edirəm ki, ölkəmizdə hər zaman sülh və firavanlıq olsun.
Hörmətlə,
Cəfərova İlhamə Vanoy qızı.
Azərbaycan Respublikası, Tovuz rayonu, Cəlilli kəndi.