logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Səməd Abbasov və başqalarından, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

29 iyun 2019, 11:10

Hörmətli cənab Prezident.

Sizin tapşırıq və göstərişinizlə dövlət orqanlarının rəhbərləri ayrı-ayrı şəhər və rayonlarda vətəndaşları qəbul edir, onların problemləri ilə tanış olurlar. Bu qəbullar müsbət nəticələr verir, problemlər bir çox hallarda yerində həll olunur.

Bu ilin may ayında bizim Tərtər rayonunda keçirilən qəbulda rayon sakinləri olaraq iştirak etdik. Qəbula getməkdə əsas məqsədimiz küçəmizin təmir edilməsi, onun asfalt örtüyünün yenilənməsi idi. Bizi diqqətlə dinlədikdən sonra lazımi kömək göstəriləcəyi bildirildi və bir müddət sonra işin icrasına başlanıldı. Artıq küçəmizdə təmir işləri başa çatdırılıb. Biz də daxil olmaqla, bütün sakinlər Sizə alqış edirlər.

Cənab Prezident, müdrik rəhbərliyinizlə həyata keçirilən bu işlərə görə Sizə minnətdarlığımızı bildirir, “Çox sağ olun!” deyirik. Allah Sizi qorusun!

Hörmətlə,

Abbasov Səməd Ağa oğlu

Səfərov Elsevər Pənah oğlu

Mehdiyev Rövşən Musa oğlu

Həsənova İlahə Tağı qızı

Mehdiyeva Lətifə İsmayıl qızı.

Azərbaycan Respublikası, Tərtər rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi