logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fərhad Hacıyevdən, Göygöl, Azərbaycan

Text size icon-size icon-size

28 iyun 2019, 14:05

Hörmətli cənab Prezident.

Əvvəla Sizə hər zaman Vətəni, xalqı düşündüyünüzə görə dərin minnətdarlığımı bildirirəm.

Sosial sahədə apardığınız islahatları alqışlayır və hər bir qərarınızı dəstəkləyirəm. Bütün sahələrə olduğu kimi, biz hərbçilərə də göstərdiyiniz diqqət göz qabağındadır.

Maddi bazamızın möhkəmləndirilməsi ordumuzda potensialın yüksəlməsidir. Bizə göstərdiyiniz diqqət və qayğı yüksək döyüş ruhumuzu daha da artırır. Hər birimiz əmrlərinizin icrasına müsəlləh əsgər kimi hazırıq.

Ulu öndər Heydər Əliyevin uğurlu siyasətini davam etdirdiyinizə, hər bir vətəndaşa qayğı göstərdiyinizə görə Sizə təşəkkür edirəm. Nailiyyətlərimizin bundan sonra da davam edəcəyinə inanıram.

Yaşasın Azərbaycan! Yaşasın cənab Prezidentim!

Hörmətlə,

Hacıyev Fərhad.

Azərbaycan Respublikası, Göygöl rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi