İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir
Text size
23 oktyabr 2011, 22:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir.
Dövlətimizin başçısı qardaş Türkiyədə baş vermiş faciə xəbərinin bütün Azərbaycanda dərin sarsıntı ilə qarşılandığını, xeyli sayda insanın həlak olması və yaralanmasının böyük kədər hissi doğurduğunu diqqətə çatdırmış, həlak olanların ailə üzvlərinə və yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı vermişdir.
Prezident Abdullah Gül göstərilən diqqətə və başsağlığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.