Elmira Qasımova və başqalarından, Ağcabədi, Azərbaycan


26 iyun 2019, 18:00
Möhtərəm cənab Prezident.
Sizin ölkəmizin inkişafı üçün irəli sürdüyünüz təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynayır. Dövlətimizin qazandığı davamlı uğurlar sarsılmaz xalq-Prezident birliyinin bariz nümunəsidir. Sizin rəhbərliyinizlə Azərbaycan bu gün dünyada özünəməxsus yeri ilə seçilir.
Respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qazı olmayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində kəndlərimizdə həyat rahatlaşır.
Yaşadığımız Sarıcalı kəndinə təbii qazın verilməsinin bərpa edilməsi bütün kənd sakinlərini sevindirdi. Buna görə kəndimizin əhalisi Sizə minnətdarlığımızı bildirir, əzmkar fəaliyyətinizdə uğurlar arzulayırıq.
Sarıcalı kəndinin sakinləri Sizin daxili və xarici siyasətinizi dəstəkləyirlər. Sizin Qarabağın işğaldan azad olunması barədə əmrinizi qələbə ruhu ilə icra etməyə hər an hazırıq.
Cənab Prezident, Ulu Tanrıdan Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı diləyirik.
Hörmətlə,
Qasımova Elmira Bulud qızı
Zülfəliyeva Gülnaz Tağı qızı
Bəşirov Rəmzi Şəmsi oğlu
Nəsibov Hacıağa Əhməd qızı
Rüstəmov Vəli Böyükkişi oğlu və başqaları (Cəmi : 205 nəfər).
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Sarıcalı kəndi.