logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Müşkünaz Həsənovadan, Şəmkir, Azərbaycan

Text size icon-size icon-size

25 iyun 2019, 18:10

Möhtərəm cənab Prezident.

Siz polad iradəli, bacarıqlı idarəçi, qətiyyətli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hər bir vətəndaşın qeydinə qalır, daim xalqı düşünürsünüz.

Bayramlar ayı olan iyunda verdiyiniz sərəncamlarla həyatımıza daha bir bayram qatdınız. Ölkəyə rəhbərlik etdiyiniz dövr Azərbaycanın müstəqillik tarixində əsl intibah mərhələsidir. Məqsədyönlü siyasətiniz və əzmkar fəaliyyətiniz nəticəsində dövlətimizin beynəlxalq aləmdəki qüdrəti və siyasi nüfuzu möhkəmlənib, Vətənimiz regionun lider dövlətinə çevrilib.

Sizi özünün layiqli siyasi varisi kimi cəmiyyətə təqdim edərkən Ulu Öndərin haqqınızda uzaqgörənliklə söylədiyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kəlamının nə qədər doğru olduğunu tarix bütün dünyaya göstərdi.

Təkcə ötən il regionlara 26 səfəriniz, cari ilin əvvəlində Ağsu, İsmayıllı və Şamaxıda baş verən zəlzələ zamanı Mehriban xanımla birlikdə xalqın yanında olmağınız, əhalinin rifahını yüksəltmək üçün imzaladığınız fərman və sərəncamlar, bütün sahələrə qayğı göstərməyiniz Sizin xalqın lideri olduğunuzu sübut edir.

Bu yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirir, Sizə və ailə üzvlərinizə Ulu Tanrıdan cansağlığı, uzun ömür, məqsədyönlü fəaliyyətinizdə uğurlar diləyirəm.

Allah dövlətimizi, xalqımızı və Prezidentimizi qorusun!

Hörmətlə,

Həsənova Müşkünaz.

Azərbaycan Respublikası, Şəmkir rayonu, Qapanlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi