Nihal Hacıyeva və başqalarından, Bakı, Azərbaycan


25 iyun 2019, 16:05
Möhtərəm cənab Prezident.
Sizin dövlət ümumi təhsil müəssisələrində çalışan təhsil işçilərinin aylıq vəzifə maaşlarının artırılması ilə bağlı verdiyiniz Sərəncam ölkədə müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən uğurlu siyasətin davamıdır.
Müəllimlərə göstərdiyiniz xüsusi qayğıya və diqqətə görə pedaqoji kollektivimizin bütün üzvləri adından Sizə minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Cənab Prezident, hər zaman Sizin siyasətinizi dəstəkləyəcəyimizə və dövlətimizə layiqli vətəndaşlar yetişdirəcəyimizə söz veririk.
Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin müəllimləri adından dərin hörmətlə,
Hacıyeva Nihal Əlisurət qızı
Namazov Samir Oktay oğlu
Məmmədova Rəna Əsəd qızı
Nəbiyeva Fəridə Sakit qızı
Hacıyev Tural Rəhman oğlu
Əzizova Gülü Tofiq qızı
İbrahimova Aybəniz Bəhlul qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri.