Gülarə Verdiyevadan, Bakı, Azərbaycan


24 iyun 2019, 14:50
Möhtərəm cənab Prezident.
Son sərəncamlarınız bütün Azərbaycan xalqını, o cümlədən biz müəllimləri çox sevindirdi. Bu gün Azərbaycan müəllimi ən yüksək ada, ən yüksək dəyərlərə layiq görülür. Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan uğurlu siyasət birbaşa təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.
Respublikamızda yeni-yeni məktəb binalarının tikintisi, mövcud məktəblərin təmiri və ən müasir avadanlıqlarla təmin olunması Sizin qətiyyətli və uğurlu siyasətinizin nəticəsi olaraq müəllimlərə, eləcə də Azərbaycanın gələcəyinə verdiyiniz dəyərdən irəli gəlir.
Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçiliyi, inkişaf yolu var. Sizin atdığınız hər bir addım ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin layiqli davamçısı olduğunuzu sübut edir. Ümummilli Liderin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olaraq müəllimlərə verdiyiniz bu diqqət və qayğı əvəzolunmazdır. Çünki ulu öndər Heydər Əliyev hər zaman “Mən dünyada müəllimdən yüksək ad tanımıram” deyə vurğulayardı.
Cənab Prezident, məhz Sizin qətiyyətli siyasətiniz Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsinə çevirdi. Ölkəmizin inkişafı, insanlarımızın rifahı naminə imzaladığınız sərəncamlara görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Dərin hörmətlə,
Verdiyeva Gülarə Eyvaz qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri.