logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rafət İsmayılov və Balamusa İsmayılovdan, Salyan, Azərbaycan

Text size icon-size icon-size

22 iyun 2019, 17:00

Azərbaycan istiqlaliyyətinin, azərbaycançılıq məfkurəsinin, milli müstəqilliyimizin qurucusu Heydər Əliyevdirsə, həmin ümummilli kursun - Heydər Əliyevin idarəçilik və dövlətçilik məktəbinin layiqli davamçısı Sizsiniz, cənab Prezident!

Hörmətli cənab Prezident, 1972-ci ildə tikilmiş məktəbimizdə Sizin diqqət və qayğınız sayəsində bu yaxınlarda əsaslı təmir işləri aparıldı. Artıq məktəbimiz müasir standartlara cavab verir və əminik ki, gələcək nəsillər bu təhsil ocağında keyfiyyətli təhsil alacaq.

Buna görə kəndimizin bütün sakinləri Sizə minnətdarlıqlarını bildirirlər. Gündən-günə inkişaf edən və dünya dövlətləri arasında özünəməxsus yer tutan odlar yurdu Azərbaycanın daha da inkişafı, xalqımızın rifahı naminə gördüyünüz işlərdə Sizə yeni-yeni nailiyyətlər arzulayırıq. Allah yardımçınız olsun.

Dərin hörmətlə,

İsmayılov Rafət

İsmayılov Balamusa.

Azərbaycan Respublikası, Salyan rayonu, Sarvan kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi