Fərid Hüseynovdan, Bərdə, Azərbaycan
Text size


21 iyun 2019, 17:40
Əziz və hörmətli Prezidentimiz.
Kəndimizin avtomobil yolunun yenidən qurulmasına və asfaltlanmasına görə bütün sakinlər adından Sizə minnətdarlığımı bildirirəm.
Cənab Prezident, xalqımızın rifahı üçün atdığınız addımlar, imzaladığınız fərmanlar, sərəncamlar əhali tərəfindən sevinclə qarşılanır. Xalq da öz Prezidentinin hər bir əmrini yerinə yetirməyə hər an hazırdır.
Hörmətli cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə bir daha Sizə təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk. Allah Sizləri qorusun.
Hörmətlə,
Hüseynov Fərid Əhəd oğlu.
Azərbaycan Respublikası, Bərdə rayonu, Lənbəran kəndi.