İlahə Carçıyeva və başqalarından, Bakı, Azərbaycan


21 iyun 2019, 17:10
Möhtərəm cənab Prezident.
Sizin apardığınız uğurlu siyasət bütün sahələrlə yanaşı, təhsilin də sürətli inkişafına yaxşı zəmin yaradıb. Təhsil sahəsində aparılan islahatlar, açılan yeni məktəblər, təhsil müəssisələrinin əsaslı təmiri bu inkişafın bariz göstəriciləridir.
2019-cu il iyunun 18-də imzaladığınız Sərəncamınızla təhsil işçilərinin fəaliyyətinə yüksək qiymət verərək onların əməkhaqlarını 20 faiz artırdınız. Bütün bunlar hər bir vətənpərvər Azərbaycan vətəndaşında fəxarət hissi oyadır, ruh yüksəkliyi yaradır.
Sizin rəhbərliyinizlə görülən işlərə nəzər salanda, çıxışlarınızı dinləyəndə bu günümüzlə öyünür, gələcəyimizə böyük ümidlər bəsləyirik. Əminliklə deyə bilərik ki, bu, böyük bir müəllim ordusuna göstərdiyiniz etibar və inamdan irəli gəlir.
Şəxsən özümüzün və çoxsaylı kollektivimizin adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, gənc nəslin təlim-tərbiyəsində daha da məsuliyyətlə və səylə çalışacağıq.
Dərin hörmətlə,
Carçıyeva İlahə Maksim qızı
Kərimli Naibə Kamil qızı
Hacıyeva Arzu Hümbət qızı
Mədətov Mais İdris oğlu
Məmmədova Yeganə Hətəm qızı
Təhməzova Şəfa Arif qızı, Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin müəllimləri.
Azərbaycan Respublikası, Bakı şəhəri.