Əliağa Səfərəliyevdən, Gəncə, Azərbaycan


21 iyun 2019, 14:30
Möhtərəm cənab Prezident.
Diaqnostik qiymətləndirmədən keçmiş ümumi təhsil işçilərinin əməkhaqlarının 20 faiz artırılması haqqında tarixi əhəmiyyətli Sərəncamınıza görə Gəncə şəhər Mehdi Mehdizadə adına 4 nömrəli tam orta məktəbin pedaqoji kollektivi adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Respublikamızda hər zaman təhsilə və təhsil işçilərinə göstərdiyiniz əvəzsiz qayğı çoxminli müəllim ordusunu daha yüksək uğurlar əldə etməyə ruhlandırır. Biz təhsil işçiləri hər zaman Sizinlə olmuşuq, bundan sonra da Sizin ətrafınızda olacağıq.
Bir daha Sizə sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildirir, şərəfli fəaliyyətinizdə möhkəm cansağlığı, uzun ömür, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə daha böyük nailiyyətlər arzulayırıq.
Hörmətlə,
Səfərəliyev Əliağa, Əməkdar müəllim.
Azərbaycan Respublikası, Gəncə şəhəri.