Pərviz Şükürovdan, Bakı, Azərbaycan


20 iyun 2019, 19:30
Möhtərəm Prezident.
Ölkəmizdə səhiyyə sahəsində apardığınız genişmiqyaslı islahatlar, səhiyyə işçilərinin şəraitinin yaxşılaşdırılması və onların əməyinin qiymətləndirilməsi Sizin bu sahəyə diqqətinizin göstəricisidir. Klinikamızda çalışan ultrasəs müayinə üzrə mütəxəssis Gülər İbrahimovanı "Əməkdar həkim" fəxri adı ilə təltif etdiyiniz üçün Sizə “Baku Medical Plaza” Klinikasının kollektivi adından dərin minnətdarlığımızı bildiririk.
Sizin rəhbərliyinizlə ölkəmizdə sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Biz də öz növbəmizdə bu sahədə daha da yüksək nailiyyətlər əldə etmək üçün çalışırıq və bundan sonra da çalışacağıq.
Dərin hörmətlə,
Şükürov Pərviz
“Baku Medical Plaza” Klinikasının direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri.