Hafiz Kərimovdan, İsmayıllı, Azərbaycan


20 iyun 2019, 12:10
Hörmətli cənab Prezident.
Ölkə vətəndaşlarının sosial təminatının yaxşılaşdırılması, o cümlədən təhsil işçilərinin əməkhaqlarının orta hesabla 20 faiz artırılması ilə bağlı sərəncamlarınız hamının ürəyincə oldu və biz təhsil işçilərini çox sevindirdi.
İsmayıllı rayonunun 3000-dən çox təhsil işçisini birləşdirən Həmkarlar İttifaqı Təşkilatının üzvləri olaraq Sizin həyata keçirdiyiniz xeyirxah, humanist və inqilabi islahatları bəyənir və dəstəkləyirik.
Əziz Prezidentimiz, Sizə və hər zaman dayağınız olan Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, doğma respublikamızın inkişafı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Kərimov Hafiz, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri.
Azərbaycan Respublikası, İsmayıllı rayonu.