logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Təranə Camalovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

19 iyun 2019, 17:45

Möhtərəm cənab Prezident.

Sizin apardığınız islahatlar nəticəsində ölkənin bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də inkişaf göz qabağındadır. Əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi, paytaxtda və regionlarda xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchiz olunması və icbari tibbi sığortanın tətbiqi səhiyyəyə göstərdiyiniz diqqət və qayğınızın ən bariz nümunələridir.

“Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında” Sərəncamınız da səhiyyə işçilərinə göstərilən böyük diqqətdir. Həmin Sərəncamla məni “Əməkdar həkim” fəxri adı ilə təltif etməyiniz təkcə mənim deyil, bütün səhiyyə işçilərinin fəaliyyətinə verilən yüksək qiymətdir.

Bu təltifə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, bundan sonra daha yaxşı işləyərək mənə göstərilən diqqətə öz əməli işimlə cavab verəcək, əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması üçün bütün bilik və bacarığımı əsirgəməyəcəyəm.

Bir daha Sizə dərin minnətdarlığımı bildirir, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

Dərin hörmətlə,

Camalova Təranə Paşa qızı, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahi xəstəliklər kafedrasının dosenti.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi