logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qədir Ələkbərovdan, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

13 iyun 2019, 11:30

Hörmətli cənab Prezident.

İlk növbədə, bir vətəndaş kimi Sizə ünvanladığım müraciətimə baxılıb müsbət həll olunduğu üçün minnətdarlığımı bildirirəm.

Mən Qarabağ müharibəsi əliliyəm. Ailəmiz Ağdam rayonunun Şişpapaqlar kəndindən məcburi köçkün düşmüşdür və hazırda Quzanlı qəsəbəsində məskunlaşmışıq. Həm müharibə əlili, həm də məcburi köçkün kimi hər zaman dövlətimdən diqqət və qayğı görmüşəm. Çox şadam ki, övladım da işlə təmin olundu. Bir daha gördüm ki, mən tək deyiləm, mənim arxam, dayağım, Azərbaycan kimi dövlətim var.

Allah Sizi qorusun, cənab Prezident!

Hörmətlə,

Ələkbərov Qədir Ələsgər oğlu,

Qarabağ müharibəsi əlili, məcburi köçkün.

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi