“Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

11 iyun 2019, 23:48

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 471; 2004, № 2, maddə 57; 2006, № 12, maddə 1005; 2007, № 12, maddə 1211; 2013, № 3, maddə 208; 2019, № 1, maddə 20) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5-ci maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Bu maddənin 1-ci hissəsinin 1.3-cü bəndində nəzərdə tutulan dövlət proqramlarının layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası aparılmalıdır.”;

1.2. 9-cu maddə üzrə:

1.2.1. 1-ci hissənin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“1.1. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət;”;

1.2.2. 2-ci hissənin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“2.1. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədə dair dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və digər fəaliyyətə, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən digər fəaliyyətə;”.

Maddə 2. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 2; 2007, № 5, maddə 436; 2008, № 5, maddə 348; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 263; 2012, № 6, maddə 505; 2014, № 6, maddə 617; 2016, № 12, maddə 1992; 2018, № 5, maddə 854) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 7-ci maddəyə aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

“5. Şəhərlərin su təchizatı və kanalizasiya sistemləri kompleksinin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə aparılmalıdır.”;

2.2. 44-cü maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılır. Kanalizasiya müəssisəsi ümumi istifadədə olan kanalizasiya sisteminə obyektdən axıdılan tullantı sularının tərkibini nəzarətdə saxlamaq məqsədi ilə bu obyektlərdə müntəzəm olaraq müşahidə aparır.

İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.”;

2.3. 56-cı maddənin 1-ci hissəsində “layihələndirilməsi” sözündən əvvəl “layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) aparılır və həmin obyektlərin” sözləri əlavə edilsin.

Maddə 3. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 125; 2001, № 12, maddələr 731, 736; 2004, № 11, maddə 901; 2006, № 6, maddə 478; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 5, maddə 348, № 7, maddə 602; 2012, № 6, maddə 506; 2013, № 6, maddələr 599, 624; 2014, № 4, maddə 341, № 7, maddə 775; 2016, № 2 (I kitab), maddə 200, № 12, maddələr 1994, 1995; 2017, № 5, maddə 720, № 12 (I kitab), maddə 2229; 2018, № 1, maddə 20, № 11, maddə 2223; Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1399-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 21-ci maddəyə aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin:

“7. Bu maddənin 4-cü hissəsinin onuncu abzasında nəzərdə tutulmuş proqramların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası aparılmalıdır.”;

3.2. 40-1-ci maddənin 4-cü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Magistral avtomobil yollarının, körpülərin, tunellərin layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.”.

Maddə 4. “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4, maddə 171; 2006, № 12, maddə 1005; 2016, № 6, maddə 1009, № 12, maddə 2012) 2-ci maddəsində “Ətraf mühitin mühafizəsi haqqında”,” sözlərindən sonra “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”,” sözləri əlavə edilsin.

Maddə 5. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 689; 2007, № 12, maddə 1218; 2009, № 12, maddə 948; 2011, № 3, maddə 169; 2015, № 1, maddə 10, № 2, maddə 95; 2016, № 10, maddə 1604; 2017, № 3, maddə 338, № 5, maddə 693; 2018, № 10, maddə 1960, № 12 (I kitab), maddə 2514) aşağıdakı məzmunda 9.8-1-ci maddə əlavə edilsin:

“9.8-1. Hava limanlarının layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

Mövcud hava limanları ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin hava limanlarının yenidən qurulması və ya həmin hava limanlarında mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

Mövcud hava limanlarının fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

Hava limanlarına dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin hava limanlarında transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.”.

Maddə 6. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1080; 2007, № 8, maddə 756; 2010, № 3, maddələr 171, 172; 2011, № 3, maddə 162, № 7, maddə 617; 2012, № 5, maddə 405, № 7, maddə 653; 2015, № 2, maddə 81, № 11, maddə 1291; 2016, № 6, maddə 1009; 2017, № 3, maddə 329; 2018, № 7 (I kitab), maddə 1419) 29.1.14-cü maddəsində “və təhlükəli ekoloji təsirlərə” sözləri “, təhlükəli ekoloji təsirlərə və ətraf mühitə təsirin qiymətləndirilməsinə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2019-cu il.

SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2024
18:08
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq...

07 noyabr 2024, 18:08
SƏNƏDLƏR Fərmanlar 07 noyabr 2024
18:06
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı

Azərbaycan Respublikası Prezidentinin

2024-cü il 7 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

3. “Azərbaycan Xəzər...

07 noyabr 2024, 18:06
SƏNƏDLƏR Fərmanlar 07 noyabr 2024
18:04
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi...

07 noyabr 2024, 18:04
SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2024
17:10
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-polkovnik” ali...

07 noyabr 2024, 17:10
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:32
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...

07 noyabr 2024, 12:32
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:30
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...

07 noyabr 2024, 12:30