logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən

Text size icon-size icon-size

11 iyun 2019, 16:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Bizə dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Fürsətdən istifadə edərək, şəxsən Zati-alinizə ən səmimi və xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, xalqınıza isə müdrik rəhbərliyinizlə davamlı tərəqqi və firavanlıq diləyirəm.

Dərin hörmət və ehtiramla,

Həməd bin İsa Al Xəlifə

Bəhreynin Kralı

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi