Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexodan
Text size
10 iyun 2019, 17:42
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli cənab Prezident.
Azərbaycanın Milli Bayramı - Respublika Günü münasibəti ilə Sizi Peru Hökuməti və xalqı adından, həmçinin öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar bayram münasibətilə Azərbaycan xalqına sülh və firavanlıq diləyərək ən xoş arzularımı çatdırır, ikitərəfli əlaqələrimizi əks etdirən dostluq və əməkdaşlıq münasibətlərimizin daha da güclənməsini diləyirəm.
Zati-aliləri, Sizə bir daha öz dərin ehtiramımı bildirirəm.
Hörmətlə,
Martin Vizkarra Kornexo
Peru Respublikasının Prezidenti