Nina Kamoyeva və başqalarından, Göygöl, Azərbaycan


04 iyun 2019, 14:25
Möhtərəm və əziz Prezidentimiz.
Biz ahıl yaşda olan insanlarıq, Göygöl rayonunda tək-tənha yaşayırıq. Sizi və Mehriban Əliyevanı özümüzə ən yaxın insanlar bilirik. Çünki Sizin sayənizdə biz və bizim kimi digər ahıl yaşda olan tək-tənha insanlar qayğıdan kənarda qalmır. Bizi rayonda qeydiyyata götürüblər və lazımi kömək göstərirlər. Biz ahıllara nə lazımdır?! Sözsüz ki, diqqət, qayğı, səmimiyyət. Biz bütün bunları cənab Prezidentimiz, Sizin sayənizdə görürük. Pensiyamızı davamlı artırırsınız, bizim kimi insanları sosial xidmətlə təmin etmisiniz, yaşayış səviyyəmizin yüksəlməsi üçün durmadan çalışırsınız.
Bu Ramazan bayramında arzu edirik ki, Rəbbimiz Sizi və Mehriban xanımı daim qorusun. Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız. Eşq olsun ölkəmizin müdrik oğlu, layiqli və qayğıkeş Prezidenti cənab İlham Əliyevə.
Hörmətlə,
Kamoyeva Nina Vasilyevna,
İmanova Cəmilə Musa qızı,
Bayramova Roza Rzaqulu qızı.
Azərbaycan Respublikası, Göygöl rayonu.