Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Text size
19 oktyabr 2011, 16:30
Hörmətli cənab Baş nazir,
Əziz qardaşım,
Ölkənizdə terror aktlarının törədilməsindən və bunların çoxsaylı insan tələfatı ilə nəticələnməsindən son dərəcə kədərləndim.
Biz bu dəhşətli hadisədən hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı ən kəskin şəkildə mübarizə aparılmasını labüd hesab edirik.
Faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 oktyabr 2011-ci il.