logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Pərvin Həsənovdan, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

03 iyun 2019, 13:10

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının gündən-günə çiçəklənməsinə, abadlaşmasına və ölkəmizdə sosial islahatların aparılmasına görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bütün bunlar hər bir vətənpərvər Azərbaycan vətəndaşında fəxarət hissi oyadır, ruh yüksəkliyi yaradır. Sizin rəhbərliyinizlə görülən işlərə nəzər salanda, çıxışlarınızı dinləyəndə bu günümüzlə öyünür, gələcəyimizə böyük ümidlər bəsləyirəm.

Mən şəhid övladı olaraq Vətənim naminə hər zaman hər bir çağırışınıza hazıram. Sizə olan sevgimiz sonsuzdur, cənab Ali Baş Komandan!

Hörmətlə,

Həsənov Pərvin Fətulla oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi