logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elçin Nurməmmədovdan, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

03 iyun 2019, 13:00

Hörmətli cənab Prezident.

Sizin dövlətimiz üçün göstərdiyiniz böyük fədakarlıq sayəsində Azərbaycan gündən-günə inkişaf edir. Gələcəyimizi təmin edən nəhəng layihələri, yeni tikilən zavodları, fabrikləri və digər işləri saymaqla qurtarmır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Azərbaycanın ən ucqar kəndlərinin abadlaşmasına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. İsmayıllı rayonunun Basqal qəsəbəsinin və onun ətrafında olan kəndlərin abadlaşdırılması, burada yaşayan insanların xoş güzəranının təmin olunması dövlətimizin həyata keçirdiyi növbəti layihələrdən biridir. Bizim kəndimizdə yeni tibb məntəqəsi tikilir. Avtomobil yollarının yenidən qurulması nəzərə tutulmuşdur. Bütün bunlar bizi çox sevindirir.

Cənab Prezident, Sizin Azərbaycan vətəndaşına verdiyiniz dəyər göz qabağındadır. Nə yaxşı ki, bizim Azərbaycan kimi gözəl, bərəkətli bir ölkəmiz və Sizin kimi müdrik, uzaqgörən Prezidentimiz var.

Sulut kənd sakinləri Sizə öz minnətdarlıqlarını bildirir, uzun ömür, cansağlığı arzulayırlar.

Kənd sakinləri adından hörmətlə,

Nurməmmədov Elçin

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Sulut kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi