logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Gülbəniz Eminovadan, Sumqayıt, Azərbaycan

Text size icon-size icon-size

03 iyun 2019, 12:35

Hörmətli cənab Prezident.

Mən şəhid ailəsinin üzvüyəm və Qubadlı rayonundan məcburi köçkün düşmüşəm. Dövlətimizin bu kateqoriyalardan olan vətəndaşlara göstərdiyi qayğı hər kəsə çox yaxşı məlumdur. Biz bunu ömür boyu unuda bilmərik.

Məcburi köçkün kimi mənzil növbəsində idim. Bu yaxınlarda bizi mənzillə təmin etdilər. Həmçinin qeyd etməyi özümə borc bilirəm ki, vahid aylıq müavinətin artırılması ailəmizin güzəranında özünü göstərir.

Sizə alqışımız və təşəkkürümüz sonsuzdur, cənab Prezident.

Hörmətlə,

Eminova Gülbəniz Salam qızı

Şəhid ailəsinin üzvü, Qubadlı rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi