logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xaliq Mirzəyev və başqalarından, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

03 iyun 2019, 12:30

Hörmətli cənab Prezident.

Sizin 2019-cu il 12 fevral tarixli sərəncamınıza əsasən, kəndimizdə 2 subartezian quyusunun qazılmasına başlanılmışdır. Bu bizi çox sevindirir. Çünki, mənfur ermənilər Sərsəng su anbarından gələn suyun qarşısını kəsdiyi üçün becərmə dövründə biz kənd əməkçilərinə çox çətinlik yaranır. Biz kəndlilərin dolanışığı torpaqdandır. Su varsa, demək məhsuldarlıq var. Məhsuldarlıq isə bol xeyir-bərəkət, firavan həyat deməkdir.

Cənab Prezident, cəbhə bölgəsi olan rayonumuza, biz kənd sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk. Bu diqqət və qayğınıza yüksək məhsuldarlıqla cavab verməyə çalışacağıq.

Hörmətlə,

Mirzəyev Xaliq,

Abbasov Fazil,

Abbasov Telman,

Teymurov Nail,

Quliyev Nəsimi.

Azərbaycan Respublikası, Tərtər rayonu, Kəngərli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi