Maqsud Məmmədovdan, Bakı, Azərbaycan


01 iyun 2019, 14:50
Möhtərəm cənab Prezident.
Məni “Şöhrət" ordeni ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu ali mükafat təkcə mənə yox, bütün balet sənətinə göstərilmiş diqqət və qayğının nümunəsidir.
Mən balet sənətinə 7 yaşım olanda gəlmişəm. Artıq 83 ildir ki, ömrümü balet sənətinə həsr etmişəm. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının Əməkdar artisti”, “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına, həmçinin Prezident təqaüdünə layiq görülmüşəm. İndi isə Sizin tərəfinizdən “Şöhrət” ordeni ilə təltif olunmuşam.
Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək Sizin mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyiniz dəstək nəticəsində ölkəmiz dünyanın mədəniyyət mərkəzinə çevrilir.
Sizə bir daha dərin minnətdarlığımı bildirir, məsuliyyətli işinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Böyük hörmət və ehtiramla,
Məmmədov Maqsud.
Azərbaycan Respublikası, Bakı şəhəri.