logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fariz Ağayevdən, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

31 may 2019, 16:10

Çox hörmətli cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin və Sizin sayənizdə biz bu gün müstəqil dövlətimizdə rahat və firavan yaşayırıq. Ulu Öndərimizə Allah qəni-qəni rəhmət eləsin, ruhu şad olsun.

Siz Ulu Öndərin yolunu uğurla davam etdirərək, ölkəmizi sabitlik və inkişaf adasına çevirmisiniz. Ulu Tanrı bu yolda Sizə və ailənizə hər zaman yardımçı olsun.

Mən kəndli-fermerəm. Dövlətimizin yaratdığı imkanlardan yararlanaraq təsərrüfat işləri ilə məşğul oluram. Şükürlər olsun ki, ailəmizin dolanışığı yaxşıdır. Atalar demişkən: “Nə əkərsən, onu da biçərsən”.

Cənab Prezident, mən bir vətəndaş olaraq bizim üçün yaratdığınız gözəl şəraitə görə Sizə minnətdaram. Çox sağ olun.

Hörmətlə,

Ağayev Fariz Şahan oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Qarakazımlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi