Nadir Xasiyevdən, Bakı, Azərbaycan


30 may 2019, 18:00
Möhtərəm cənab Prezident.
Sizin 2019-cu il 9 və 25 may tarixlərində imzaladığınız “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” və “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncamlarınızla mən də Azərbaycan Respublikası Prezidentinin fərdi mükafatına, həmçinin “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüşəm. Çoxillik səhnə fəaliyyətimi yüksək qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bundan sonra da yaradıcılıq fəaliyyətimi Azərbaycanımızın tanınması və şöhrət qazanması naminə, Azərbaycan teatrının tarixinə yeni uğurlu səhifələr yazılması üçün sərf edəcəyəm.
Biz incəsənət xadimlərinə fəxri adların və mükafatların verilməsi qəlbimizdə həmişə fərəh hissi doğurur. Yüksək diqqət və qayğı üçün Sizə bir daha sonsuz təşəkkürlərimi yetirir, Azərbaycanımızın parlaq gələcəyi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Allah Sizi və ailənizi pənahında saxlasın.
Dərin hörmət və minnətdarlıq hissi ilə,
Xasiyev Nadir Şənbə oğlu, Əməkdar artist.
Azərbaycan Respublikası, Bakı şəhəri.