Kamal Abdulladan, Bakı, Azərbaycan


30 may 2019, 14:00
Möhtərəm cənab Prezident.
Məni Azərbaycan dövlətinin yüksək fəxri adı - “Xalq yazıçısı” adı ilə təltif etdiyiniz üçün Sizə öz səmimi təşəkkürümü bildirirəm. Bu, mənim ədəbi yaradıcılığıma verilən yüksək qiymət olmaqla bərabər, Sizin ədəbiyyata, sözə, milli-mənəvi dəyərlərimizə olan sonsuz hörmət və ehtiramınızın təzahürüdür. Azərbaycan yazıçısı bir zamanlar ulu öndər Heydər Əliyevi, indi isə Sizi özünün böyük himayəçisi, ən yaxın dostu bilir. Bunun nəticəsidir ki, sənətin bütün sahələrini təmsil edən insanlar Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yürütdüyü müdrik siyasəti dəstəkləyirlər.
Mənim həyatımda böyük Azərbaycanlı, ulu öndərimiz Heydər Əliyevin unudulmaz rolu var. Bütün həyatım boyu onun mənəvi qayğısı ilə əhatə olunmuşam. Bu gün isə Siz Ulu Öndərimizin siyasi irsinin ən layiqli davamçısı olmaqla təkcə mənim deyil, on milyonluq Azərbaycan xalqının və bütün dünya azərbaycanlılarının qayğısına qalırsınız.
Zati-aliləri, bir daha Sizə öz dərin minnətdarlığımı bildirir və qüdrətli Azərbaycan naminə gördüyünüz misilsiz işlərdə Sizə uğurlar və böyük qələbələr arzulayıram.
Allah Sizə yar olsun!
Dərin hörmətlə,
Kamal Abdulla
Xalq yazıçısı, akademik
Azərbaycan Respublikası, Bakı şəhəri.