logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İsmayıl Gülverdiyev və başqalarından, Bakı, Azərbaycan

Text size icon-size icon-size

29 may 2019, 18:00

Möhtərəm cənab Prezident.

Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı hər zaman Sizin diqqətinizdə olub. Vaxtilə qəbul edilmiş Dövlət proqramlarının icrası sayəsində bir çox problemlərimiz aradan qaldırıldı. İndi də insanları narahat edən məsələlərin həlli üçün lazımi tədbirlər görülür.

Yaşadığımız 28 May qəsəbəsində son dövrlərdə yeni abadlıq işləri görülməkdədir. Məktəb, bağça və tibb məntəqəsinə gedən yollar yenidən qurulub. Bütün bunlar insanların rahatlığına xidmət edir və sakinləri haqlı olaraq razı salır.

Əziz Prezidentimiz, qəsəbəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərinə görə sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Həyatınız daim firavan və bahar təravətli olsun.

Hörmətlə,

Gülverdiyev İsmayıl Gülbaba oğlu

Pənahov Elbrus Yunis oğlu

Sultanova Həlimə Səməndər qızı

Cəfərov Əziz Ağahəzər oğlu

Kərimov İmran Fizuli oğlu və başqaları (cəmi 24 nəfər).

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi