logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovdan

Text size icon-size icon-size

29 may 2019, 17:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan hər il mayın 28-də öz tarixində ən parlaq və əlamətdar günlərdən birini – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması gününü qeyd edir.

Ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda inamla irəliləyir. Sizin müdrik siyasətiniz, uzaqgörənliyiniz və geniş təfəkkürünüz sayəsində bu gün Azərbaycan Respublikası dünya arenasında nüfuzu ilbəil artan, dinamik inkişaf edən dövlətdir.

Bu bayram günündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sülh, firavanlıq və Azərbaycan Respublikasının rifahı naminə bundan sonrakı fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Əlişir Usmanov

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi