logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Natiq Rəsulzadədən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

29 may 2019, 17:15

Hörmətli cənab Prezident.

İcazə verin, çoxillik əməyimi yüksək qiymətləndirərək mənə “Xalq yazıçısı” fəxri adı verdiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür edim.

Cənab Prezident, Siz hərtərəfli, istedadlı, böyük siyasi və dövlət xadimi, ictimai həyatın bütün sahələrinə gözəl bələd olan, doğma xalqımızın və yaradıcı ziyalıların amallarını həssaslıqla və dərindən başa düşən bir insan olaraq Azərbaycan əhalisinin həyat səviyyəsini daha yüksək səviyyəyə çatdırmaq, Vətənimizi dünyanın ən inkişaf etmiş ölkələri ilə bir sıraya çıxarmaq üçün ulu öndər Heydər Əliyev kimi, maksimum səy göstərirsiniz.

Hörmətli cənab Prezident, Siz buna nail olmuşunuz. Çünki dahi Heydər Əliyevin açdığı yol məhz bu məqsədə doğru aparırdı, Siz bu nəcib yolun ən layiqli və istedadlı davamçısısınız.

Hörmətli cənab Prezident, bu yüksək ada görə Sizə bir daha ürəkdən təşəkkür edirəm. İcazə verin, Sizi əmin edim ki, həyatımın qalan hissəsini də doğma ölkəmiz naminə çalışacağam və Vətənimizi şöhrətləndirəcəyəm.

Sizə möhkəm cansağlığı, uzun ömür və Vətənimiz naminə daha möhtəşəm uğurlar arzu edirəm.

Hörmətlə,

Rəsulzadə Natiq, Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” ordeni kavaleri.

Azərbaycan Respublikası, Bakı şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi