Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
18 oktyabr 2011, 19:00
Oktyabrın 18-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Türkiyənin Baş naziri dövlətimizin başçısına Dövlət Müstəqilliyi günü münasibətilə təbriklərini çatdırmış, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Baş nazirinə minnətdarlığını bildirmişdir.
Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluqlarını ifadə etmiş, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirmişlər.