Aynur Yarıyevadan, Salyan, Azərbaycan


29 may 2019, 14:00
Möhtərəm cənab Prezident.
Gənclərlə görüşlər zamanı nəcib bir fəaliyyət kimi dəyərləndirdiyiniz könüllülük fəaliyyəti bu gün ölkəmizdə geniş vüsət almışdır. Bu siyasətin təməlində biz gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində fəal iştirakımıza şərait yaratmaq, peşə vərdişlərini aşılamaq, təcrübi biliklərimizi artırmaq dayanır. Dünyada Azərbaycan kimi ikinci bir dövlət göstərmək çətindir ki, müharibə şəraitində ola-ola gənclərin problemləri ilə bu qədər yaxından məşğul olsun. Bizim könüllü fəaliyyətimiz üçün açdığınız yol Sizin gənclərə göstərdiyiniz qayğının bariz nümunəsidir.
Mən “ASAN Könüllüləri” təşkilatının imkanlarından istifadə etməklə könüllülük təcrübəsindən faydalandım. Bu da mənim bir gənc olaraq işlə təmin olunmağıma böyük yol açdı.
Hörmətli cənab Prezident, bu cür imkanları bizə yaratdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Siz bizim üçün ən böyük nümunə və ən böyük örnəksiniz.
Əziz Prezidentimiz, bütün Salyan gəncləri adından onu da diqqətinizə çatdırmaq istəyirəm ki, biz Sizi çox sevirik. Ulu Tanrı Sizi və ailənizi qorusun. Çox sağ olun.
Hörmətlə,
Yarıyeva Aynur İlham qızı
Azərbaycan Respublikası, Salyan rayonu.